"Bayer" "Man Siti"nin alman qapıçısını istəyir
“Mançester Siti”nin qapıçısı Stefan Orteqa futbol yolunu Almaniyada davam etdirə bilər.
90plus.az xəbər verir ki, 33 yaşlı qolkiper “Bayer” klubunun transfer planlarına daxildir.
“Şəhərlilər”lə müqaviləsi 2026-cı ilin 30 iyun tarixinədək qüvvədə olan alman qapıçı daha çox oyun şansı əldə etmək məqsədilə Leverkuzen təmsilçisinə keçməyə müsbət baxır.
Futbolçu karyerası ərzində “1860 Münhen”in də formasını geyinən Orteqa 2022-ci ildə “Arminiya”dan (Bilefeld) “Mançester Siti”yə transfer olunub.
© Copyright 2026, All Rights Reserved