"Bayer" "Man Yunayted"dən qovulan məşqçini gətirir

"Bayer" baş məşqçi Xabi Alonsonun mümkün gedişi ilə bağlı alternativlər axtarır.
90plus.az xəbər verir ki, Leverkuzen təmsilçiləri hazırda Erik ten Haqla danışıqlar aparırlar. "Bayer" niderlandlı mütəxəssislə anlaşmaya yaxınlaşır. Klub eyni zamanda ispan mütəxəssislər – Sesk Fabreqas və Alvaro Arbeloa ilə əməkdaşlıq ehtimalını da gözdən keçirir.
Əsas namizəd olan Ten Haq bu həftə rəhbərliklə birbaşa görüşdən sonra qərarını verəcək. (📰: Fabrizio Romano).
Qeyd: Erik ten Haq 2023-cü ilin oktyabr ayında "Mançester Yunayted"dən ayrılıb. Onun sabiq komandası "Ayaks"a qayıtması da istisna edilmir.
© Copyright 2025, All Rights Reserved