“Bayer” yeni müdafiəçi aldı - “Sevilya”dan

“Bayer Leverkuzen” heyətini yeni müdafiəçi ilə gücləndirib.
90plus.az xəbər verir ki, Bundesliqa çempionu “Bayer Leverkuzen” İspaniya təmsilçisi “Sevilya”dan fransalı müdafiəçi Loik Badeni transfer edib.
25 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb. “Transfermarkt”ın məlumatına əsasən, bu keçid Leverkuzen klubuna 25 milyon avroya başa gəlib.
Bade geridə qalan 2024/25 mövsümündə “Sevilya”nın heyətində 33 oyunda iştirak edib, 1 qol və 1 asistlə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved