"Bayer"dən Ten Haqın qovulma səbəbləri

İnanılmaz detallarla gediş səbəbləri açıqlandı.
90plus.az xəbər verir ki, “Bayer Leverkuzen” klubu bu yay baş məşqçi postuna gətirilən Erik ten Haq ilə iki ay sonra yollarını ayırdığını elan edib. Bu qərar, məşqçinin rəhbərliyi altında komandada yaranan gərgin atmosfer və nizamsızlıqdan sonra verilib.
Gedişə səbəb olan əsas məqamlar:
Klub daxilində ten Haq ilə rəhbərlik arasında anlaşılmazlıq mövcud olmuş, hətta öz komandasını Almaniyaya gətirən məşqçi ilə belə əməkdaşlıqda çətinliklər yaranmışdı.
Planlama və transfer proseslərinə müdaxilə edərək yalnız öz menecerləri vasitəsilə oyunçular təklif etməsi klub rəhbərliyi tərəfindən “uyğunsuz davranış” kimi qiymətləndirilib.
Oyuncular məşqlərdə tətbiq etdiyi metodologiyanı (məsələn, şınavların niyə top məşqi qədər vacib olduğunu) başa düşə bilməyib, nəticədə meydançaya çıxış barədə anlaşılmazlıq yaranıb.
Klub içində atmosfer soyuq idi və oyunçular matçlarda nə etməli olduqlarını bilmirdilər.
Klub rəhbərliyi hesab edir ki, Ten Haq artıq klubların tarixində ən uğursuz çalışdırıcılardan biri kimi görüləcək.
Onun daha əvvəl çoxdan qovulması lazım idi və rəhbərlik bu mərhələdə buna qərar vermişdi.
Bütün bu amillər bir araya gələrək rəhbərliyin ten Haq ilə yolları daha erkən kəsməsinə gətirib çıxarıb.
© Copyright 2025, All Rights Reserved