"Bayern" 3 xalı 4 qolla qazandı
Almaniya Bundesliqasının 25-ci turunun açılış oyununda “Bayern Münhen” öz meydanında “Borussiya Mönhenqladbax”ı 4:1 hesabı ilə məğlub edib.
90plus.az xəbər verir ki, “Allyans Arena”da keçirilən qarşılaşmada Bavariya təmsilçisi üstün oyun nümayiş etdirib. “Bayern Münhen”in qollarını 33-cü dəqiqədə Luis Dias, 45+1-ci dəqiqədə Konrad Laymer, 57-ci dəqiqədə penaltidən Camal Musiala və 79-cu dəqiqədə Nikolas Cekson vurublar.
Qonaq komandanın yeganə qoluna isə 89-cu dəqiqədə Mohya imza atıb.
Matçda vurulan qollara bu videoya klik edərək keçid edin
Bu qələbə ilə “Bayern Münhen” xalını 66-ya yüksəldib və bir oyun artıq keçirməklə “Borussiya Dortmund” ilə xal fərqini 14-ə çatdırıb. “Borussiya Mönhenqladbax” isə 25 xalla turnir cədvəlində qalıb.
© Copyright 2026, All Rights Reserved