“Bayern - Çelsi” matçının bəzəyi O olacaq

Nikolas Cekson "Bayern"də qalmağa üstünlük verir, "Çelsi"yə qayıtmayacaq.
90plus.az xəbər verir ki, 24 yaşlı seneqallı hücumçu transfer pəncərəsinin bağlandığı gündə "Çelsi"dən "Bayern Münhen"ə icarəyə gedib və ilkin gözləntilərdən daha uzun müddət Almaniyada qala bilər.
İcarə müqaviləsi çərçivəsində 65 milyon avroluq daimi transfer öhdəliyi yalnız 40 oyunda 45 dəqiqədən çox oynadığı halda qüvvəyə minir. Lakin agenti Diomansi Kamara bildirib:
“Bayern onun prioritetidir. Bu əməkdaşlıq qısa, orta və uzun müddətdə uğurlu olacaq.”
Daily Mail-in məlumatına görə, Cekson Londona qayıtmağı düşünmür. Onun "Çelsi"nin baş məşqçisi Enzo Mareska ilə münasibətləri gərgindir, lakin tərəflər açıq konflikt istəmir. Kamara deyib:
“Biz "Bayern" ilə yaxşı mövsüm keçirmək istəyirik və sonra onun üçün nə daha yaxşıdır, görəcəyik.”
Qeyd: Bu məqam Çempionlar Liqasındakı bugünkü matça əlavə maraq qatacaq: "Bayern" və "Çelsi" Münhendə üz-üzə gələcək.
© Copyright 2025, All Rights Reserved