"Bayern" "Çelsi"nin hücumçusunu transfer etdi

"Bayern Münhen" hücum xəttinə yeni transferlə güc qatıb.
90plus.az xəbər verir ki, Almaniya çempionu “Çelsi”dən Nikolas Ceksonu icarəyə götürüb. Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, seneqallı hücumçu 15 milyon avro qarşılığında 1 illik icarə əsasında Münhen klubuna keçib. "Bayern Münhen" mövsüm sonunda 24 yaşlı futbolçunun transfer hüququnu 80 milyon avroya əldə etmək imkanına sahibdir.
Xatırlatma: “Çelsi” Nikolas Ceksonu 2023-cü ilin yayında “Vilyarreal”dan transfer etmişdi. O, London klubunun heyətində keçirdiyi 81 rəsmi oyunda 30 qol vurub və 12 məhsuldar ötürmə verib.
© Copyright 2025, All Rights Reserved