“Bayern Münhen” Bruno Fernandeşə 50 milyonluq təklif hazırlayır
“Bayern Münhen” Bruno Fernandeş üçün hərəkətə keçə bilər.
90plus.az xəbər verir ki, bu həftə verdiyi açıqlamalarla gündəmə gələn Bruno Fernandeş yenidən “Bayern Münhen”in radarına düşüb. Portuqaliyalı yarımmüdafiəçi daha əvvəl də Münhen klubunun maraq dairəsində olub və talkSportun məlumatına görə, bu maraq yenidən aktivləşib.
Bruno Fernandeş Canal11ə açıqlamasında bildirib ki, “Mançester Yunayted” bu yay onunla yolları ayırmaq variantını nəzərdən keçirib. Müqaviləsi 2027-ci ilə qədər qüvvədə olsa da, 30 yaşlı futbolçu “qırmızı şeytanlar”ın heyətində son mövsümünü keçirə bilər. Bu vəziyyət Səudiyyə Ərəbistanı klublarının diqqətini çəkməklə yanaşı, “Bayern Münhen”i də hərəkətə gətirib. Almaniya çempionları Fernandeşin oyun keyfiyyətinə hələ də tam inanır.
Məlumata görə, futbolçu İspaniya və ya İtaliya variantlarını da istisna etmir, lakin Bundesliqa keçidi artıq gələn ildən reallaşa bilər. “Bayern”in yarımmüdafiə xəttində dəyişikliklər gözlənilir. Leon Qoretskanın komandadan ayrılma ehtimalı və yeni transfer planları Bruno Fernandeş variantını daha da aktuallaşdırır.
Almaniya mətbuatına yaxın mənbələrin iddiasına əsasən, “Bayern Münhen” “Mançester Yunayted”in mövqeyini yoxlamaq üçün təxminən 50 milyon avro dəyərində təklif hazırlayır. Vəziyyət bu cür davam edərsə, rəsmi addımlar yaxın vaxtlarda atıla bilər.
ℹ️ Mənbələr: talkSport, FichajesNet
© Copyright 2025, All Rights Reserved