“Bayern Münhen” "ChatGPT"dən imtina etdi
Alman futbolunun nəhəngi “Bayern Münhen” klub işçiləri üçün "ChatGPT" istifadəsini qadağan edib və onun əvəzinə öz daxili süni zəka platformasını istifadəyə verib.
90plus.az xəbər verir ki, yeni sistem artıq klubun bir çox sahələrində – azarkeş xidmətlərindən hüquq departamentinə qədər – aktiv şəkildə fəaliyyət göstərir.
Klub rəhbərlərindən Tomas Ehemann bildirib ki, bu addım təhlükəsizlik və səmərəlilik məqsədi ilə planlanıb:
“İşçilərimizin "ChatGPT" kimi xarici süni zəka platformalarından istifadə etməsini məhdudlaşdırırıq. Bu addım onların yalnız bizim daxili platformamızı işlətmələrini təmin etmək üçün atıldı. Həmçinin, bütün sistem xüsusi bulud mühitindədir.”
Ehemann əlavə edib ki, keçid gözlənildiyindən daha problemsiz baş tutub:
“İşçilərimiz çevik və sadə bir həll əldə etdikləri üçün məmnundurlar.”
Bu addım, Avropada böyük klubların dijital təhlükəsizlik və məlumat qorunması mövzusunda öz həll yollarını inkişaf etdirməyə başladığını göstərir.
© Copyright 2025, All Rights Reserved