"Bayern Münhen" qapıçısına müqavilə təklif etdi
“Bayern Münhen” klubu Manuel Noyerə müqaviləsinin 2027-ci ilin yayına qədər bir il uzadılması ilə bağlı rəsmi təklif göndərib.
90plus.az xəbər verir ki, 39 yaşlı qapıçının hazırkı müqaviləsi mövsümün sonunda başa çatır. Buna baxmayaraq, Noyer bu mövsüm də baş məşqçi Vensan Kompaninin komandasında qapı xəttində etibarlı çıxışı ilə seçilir.
Təcrübəli qolkiper cari mövsümdə bütün turnirlər üzrə 26 oyunda meydana çıxıb və 7 oyunda qapısını toxunulmaz saxlayıb.
Hazırda “Bayern Münhen” alman qapıçının cavabını gözləyir. Noyer isə komandanın bu mövsüm titul mübarizəsində əsas fiqurlarından biri hesab olunur. Münhen təmsilçisi Bundesliqa turnir cədvəlinin zirvəsində qərarlaşıb və Çempionlar Liqasında da əsas favoritlər sırasında göstərilir.
© Copyright 2026, All Rights Reserved