“Bayern Münhen”dən zədəlilərə xoş xəbər

“Bayern Münhen” bərpa prosesini yeni texnologiya ilə gücləndirib.
90plus.az xəbər verir ki, “Bayern Münhen” rəhbərliyi komandanın bərpa proqramına 18 min avro dəyərində yeni yüksək texnoloji cihaz əlavə edib. Bu avadanlıq sayəsində futbolçular qaçış və sprint məşqlərini rəqəmsal şəkildə tənzimlənən müqavimət altında yerinə yetirə bilirlər. Bütün proseslər tam nəzarət altındadır – cihazdan toplanan məlumatlar birbaşa iPad vasitəsilə izlənir və analiz olunur.
Bildirilir ki, bu yenilik klubun bərpa şöbəsinin rəhbəri Benjamin Sommerin təşəbbüsü ilə həyata keçirilib. Sommer hər məşqdə şəxsən iştirak edərək zədəli futbolçuların bərpa prosesini yaxından izləyir, onların həm fiziki, həm də funksional vəziyyətinin ideal səviyyəyə çatmasını təmin etməyə çalışır.
Mənbə: BILD / iMiaSanMia
© Copyright 2025, All Rights Reserved