"Bayern Münhen"in futbolçusu "Tottenhem"də

Joao Palinya karyerasını “Tottenhem”də davam etdirəcək.
90plus.az xəbər verir ki, İngiltərə klubu portuqaliyalı yarımmüdafiəçini “Bayern Münhen”dən satınalma hüququ ilə icarəyə götürdüyünü rəsmi şəkildə açıqlayıb.
İdman jurnalisti Florian Plettenberqin verdiyi məlumata görə, Almaniya təmsilçisi bu icarə müqaviləsindən, bonuslar daxil olmaqla, 5 milyon avroya qədər gəlir əldə edəcək. Əgər “Tottenhem” satınalma opsiyasından yararlanarsa, əlavə 25 milyon avro və üstəlik 5 milyon avroya qədər bonus ödəniləcək.
Bundan əlavə, London təmsilçisi Palinyanın illik təxminən 10 milyon avro (vergilərdən əvvəl) olan maaşını tam şəkildə qarşılayacaq.
Qeyd: Palinya “Bayern Münhen”də cəmi bir mövsüm keçirib və Bundesliqada 17 qarşılaşmada iştirak edib.
© Copyright 2025, All Rights Reserved