“Bayern” Noyerə əvəz tapıb

“Bayern Münhen” Noyerin əvəzini müəyyənləşdirdi – hədəfdə “Milan” qapıçısı!
90plus.az xəbər verir ki, “Bayern Münhen” 39 yaşlı qapıçısı Manuel Noyerin yerinə yeni namizəd axtarır. İngiltərə mənbələrinin məlumatına görə, klubun əsas hədəfi “Milan”ın qapıçısı Mayk Menyandır.
Fransalı qolkiperin “Milan”la müqaviləsi 2026-cı ilin iyununda başa çatır, yəni gələn ildən etibarən o, sərbəst agent statusuna sahib ola bilər. TEAMtalk yazır ki, “Bayern” Menyanı gələcək üçün ideal varis hesab edir və onunla bağlı daxili planlamalar artıq müzakirə olunur.
🗣️ Noyer klubdan getməyi heç istəməz: “Bu, oynadığım ən yaxşı ‘Bayern’dir”
Mövsümə əla start verən “Bayern Münhen”in kapitanı Manuel Noyer komandanın hazırkı durumu barədə yüksək fikirlər səsləndirib:
“Bu, oynadığım ən yaxşı ‘Bayern’ komandalarından biridir. Hər kəs nə etməli olduğunu bilir, hər oyunçu öz rolunu anlayır. Meydandakı ünsiyyət çox yaxşıdır, bir-birimizə kömək edirik və bu, əla işləyir.”
Bavariya təmsilçisi hazırda Bundesliqa lideridir və Vensan Kompaninin rəhbərliyi altında həm daxili arenada, həm də Avropada güclü performans sərgiləyir.
© Copyright 2025, All Rights Reserved