"Bayern"in sabiq futbolçusu idman direktoru oldu
“Bayern” və “Şalke”nin sabiq müdafiəçisi Rafinya “San-Paulu” klubunda rəhbər vəzifəyə təyinat alıb.
90plus.az xəbər verir ki, Braziliya təmsilçisi bu gün 2025-ci ilin iyulunda futbolçu karyerasını başa vurmuş 40 yaşlı Rafinyanın idman direktoru postuna gətirildiyini rəsmən açıqlayıb. Keçmiş futbolçu təyinatla bağlı fikirlərini də bölüşüb:
“Bu mənim üçün çox böyük bir çağırışdır. Futbol mənim həyatımın bir parçasıdır, bu mühitdə olmaqdan zövq alıram. ‘San-Paulu’dan təklif gələndə bunu yeni bir sınaq kimi qəbul etdim. Məşqçilər korpusu ilə klub rəhbərliyi arasında körpü rolunu üzərimə götürəcək, hər gün futbolçularla birgə çalışacağam.”
© Copyright 2026, All Rights Reserved