“Bayern” TOP-5-də, Harri Keyn Bundesliqada rekord qırdı
Harri Keyn tarixi uğura imza atdı: 60-cı qolunu vurdu və Bundesliqa rekordunu qırdı.
90plus.az xəbər verir ki, Keyn buna Almaniya Bundesliqasının 15-ci turunda "Haydenhaym - Bayern Münhen" görüşündə nail oldu.
2025-ci il Harri Keyn üçün əlamətdar oldu. İngiltərə millisinin və klubunun hücumçusu 2025-ci ildə klub və milli komanda üzrə 60-cı qolunu vurdu.
Bundan əlavə, Keyn Bundesliqa tarixində 100 qol töhfəsinə (qol + assist) ən tez çatan futbolçu oldu. Statistik göstəricilər:
Haydenhaym 0 - 4 Bayern Münhen
Stanişiç 15’
M. Olis 32’
L. Dias 86’
H. Keyn 90+2’
Qollar: https://t.me/doxsanplus/112690
Bu qələbə ilə “Bayern” 2025-ci ildə top-5 liqaların ən çox qol vuran klubu oldu:
© Copyright 2026, All Rights Reserved