"Bayern" yeni transferini açıqladı

"Bayern" Kolumbiya millisinin üzvü ilə razılığa gəlib.
90plus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Almaniya təmsilçisi "Liverpool"dan Luis Diası heyətinə cəlb edib.
Münhen klubu 28 yaşlı vingerlə 4 illik müqavilə imzalayıb.
Transferin dəyərinin 75 milyon avro olduğu bildirilir. Luis Dias 2024/2025 mövsümündə "Liverpul"un heyətində bütün turnirlərdə 50 oyuna çıxıb, 17 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved