"Bayern"də Keyn şoku - ZƏDƏLƏNİB
"Bayern" Almaniya Bundesliqanın 25-ci turu çərçivəsində doğma meydanda "Borussiya Mönxenqladbax" komandasını qəbul edəcək.
90plus.az xəbər verir ki, Münhen təmsilçisi oyuna əhəmiyyətli itki ilə çıxacaq. Yerli mətbuat məlumatına görə, Harri Keyn baldır əzələsindəki zədə səbəbindən komandaya kömək edə bilməyəcək.
Bu mövsüm Harri Keyn "Bayern" forması ilə 37 rəsmi matçda iştirak edərək 45 qol və 5 məhsuldar ötürmə ilə diqqət çəkib.
Qarşılaşma sabah keçiriləcək və Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.
© Copyright 2026, All Rights Reserved