“Bayern”dən Upamekanoya ultimatum: “Saqqız kimi uzatma”
“Bayern Münhen” Upamekano ilə bağlı qərar gözləyir – rəhbərlikdən futbolçuya ultimatum gəldi.
90plus.az xəbər verir ki, “Bayern Münhen” Dayo Upamekano ilə müqavilə danışıqlarında həlledici mərhələyə keçib. Alman klubu fransız müdafiəçiyə yaxşılaşdırılmış yeni müqavilə təklifi təqdim edib və yaxın zamanda qərar verilməsini istəyir.
Klubun baş icraçı direktoru Yan-Kristian Dreesen məsələ ilə bağlı açıq mesaj verib:
“Düşünürəm ki, o, hazırda masada olan təklifi imzalamalıdır, çünki bundan daha yaxşısı olmayacaq. Biz ona olduqca cəlbedici bir müqavilə təklif etmişik.
Saqqızı çox çeynəsən, dadı itər. Bu məsələ də saqqız kimi uzanmamalıdır.”
Mövcud müqaviləsinin bitməsinə 6 aydan az vaxt qalan Upamekano ilə bağlı qeyri-müəyyənlik davam edir. “Real Madrid” başda olmaqla bir neçə top-klubun vəziyyəti diqqətlə izlədiyi bildirilir.
🔗: Sky Sports DE
© Copyright 2026, All Rights Reserved