“Bayern”in baş məşqçisi: “Tərif vaxtı deyil”

"Bayern Münhen"in baş məşqçisi Vinsent Kompani "Bayer Leverkuzen"i 3:0 hesabı ilə məğlub etdikləri Çempionlar Liqasının 1/8 finalının ilk matçına münasibət bildirib.
90plus.az xəbər verir ki, Kompani təmkinini qoruyaraq danışıb və komandasını tərifləməkdən çəkinib:
“Biz çox şeyi düzgün etdik, əks halda belə komandanı məğlub edə bilməzsiniz. Bu gün yaxşı etdiyimizi gələn həftə təkrarlamalıyıq. Tərif vaxtı deyil. Əlbəttə ki, uşaqlar xoşbəxt ola bilərlər, lakin biz diqqətimizi Bohuma, sonra isə çərşənbə axşamı gününə çevirəcəyik"
"Bu, indiyə qədər bizim üçün mövsümün ən vacib oyunu idi, amma ümid edirəm ki, daha vacib oyunlar qazanacağıq. Həmişə olduğu kimi, sakitliyimizi qoruyuruq və hər zaman hazır olduğumuzu göstəririk”.
Qeyd: Tərəflərin cavab matçı martın 11-dən 12-ə keçən gecə saat 00:00-da baş tutacaq.
© Copyright 2025, All Rights Reserved