"Bayern"in ingilis hücumçusu Almaniyada rekord qoymadı
“Bayern Münhen”in hücumçusu Harri Keyn Almaniya Bundesliqasında tarixi nailiyyətə imza atıb.
90plus.az xəbər verir ki, ingilis forvard 15-ci turda “Haydenhaym”la keçirilən və 4:0 hesabı ilə başa çatan qarşılaşmada fərqlənərək Bundesliqa tarixində ən qısa müddətdə 100 xala çatan futbolçu olub. Bu barədə Münhen klubunun rəsmi saytı xəbər yayıb.
Hazırda Keynin Bundesliqadakı “qol + ötürmə” balansı 100 xaldır (81 qol və 19 məhsuldar ötürmə). O, bu göstəriciyə cəmi 78 oyunda nail olub ki, bu da statistik məlumatların toplanmağa başlandığı 2004/2005 mövsümündən bəri ən yaxşı nəticədir.
Əvvəlki rekord “Bayern Münhen”in sabiq futbolçusu Aryen Robbena məxsus idi — niderlandlı futbolçuya bu nəticəyə çatmaq üçün 119 qarşılaşma lazım olmuşdu.
© Copyright 2026, All Rights Reserved