“BeİN Sports”un ofisinə silahlı basqın oldu
İstanbulda “BeIN Sports” ofisinə silahlı basqın – şübhəli saxlanılıb.
90plus.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində Ayazağa qəsəbəsində “BeIN Sports” ofisinə silahlı şəxs basqın edib.
Hadisə zamanı basqınçı şərhçi Güntekin Onayla görüşmək istədiyini bildirib və tələbi yerinə yetirilməsə, özünü öldürəcəyini söyləyib.
Xəbərlərə görə, Xüsusi Təyinatlı Polis əməliyyat keçirərək şübhəlini nəzarət altına alıb.
Qeyd edək ki, “BeIN Sports” Türkiyə Super Liqasının rəsmi yayım tərəfdaşıdır.
Hadisənin səbəbləri və digər detalları araşdırılır.
© Copyright 2026, All Rights Reserved