Bekhemlər toy günü kostyumlarını geyindilər

İngiltərəli sabiq futbol ulduzu Devid Bekhem və müğənni və aktrisa həyat yoldaşı Viktoriya Bekhem bu gün 25-ci evlilik ildönümünü qeyd ediblər.
90plus.az xəbər verir ki, məşhur cütlük 1999-cu ildə toy günlərində geyindikləri bənövşəyi kostyumlarla fotosessiya ediblər.
Viktoriya bir müsahibəsində toy libasının hazırlanması üçün Nyu-York və London şəhərləri arasında qaldığını açıqlayıb.
Qeyd: David və Viktoriya 1997-ci ildə tanış olublar. Cütlük 1999-cu ildə Viktoriyanın 22, Devidin isə 21 yaşı olanda evləniblər. Toy mərasimi İrlandiyanın Dublin şəhərində baş tutub. Cütlüyün 4 övladı var.
Mənbə: Cütlüyün "Instagram" hesabı
© Copyright 2025, All Rights Reserved