Belarus millisində yeni təyinat
Viktor Qonçarenko Belarus milli komandasının yeni baş məşqçisi təyin olunacaq.
90plus.az xəbər verir ki, 48 yaşlı mütəxəssis Belarus Futbol Federasiyası ilə 2027-ci ilin dekabrına qədər nəzərdə tutulan müqavilənin şərtlərini razılaşdırıb. Qonçarenkonun aylıq maaşı 20 min avro olacaq və müqavilənin 20 dekabrdan sonra rəsmi imzalanması gözlənilir.
Qeyd edək ki, dekabrın 4-də Belarus millisinin baş məşqçi vəzifəsini ispan mütəxəssis Karlos Aos tərk edib. Aos 2023-cü ilin avqustundan komandanın rəhbərliyini həyata keçirib və bu müddətdə milli komanda 26 oyun keçirib: 6 qələbə, 10 heç-heçə və 10 məğlubiyyət.
Viktor Qonçarenkonun son iş yeri Rusiyanın “Pari NN” klubu olub. Belaruslu mütəxəssis Nijni Novqorod təmsilçisini 2024-cü ilin oktyabrından 2025-ci ilin iyun ayına qədər çalışdırıb.
© Copyright 2025, All Rights Reserved