Belaruslu futbolçu: "Rəqibin heyətində səviyyəli futbolçular var"

Belarus millisinin müdafiəçisi Kirill Peçenin Azərbaycanla sabah keçiriləcək yoldaşlıq oyunu öncəsi təşkil olunan mətbuat konfransında iştirak edib.
90plus.az xəbər verir ki, Peçenin Azərbaycan yığması ilə əvvəlki qarşılaşmaları xatırlayaraq, komandada "Qarabağ"ın bir neçə futbolçusunun yer aldığını və rəqiblərinin güclü kollektiv olduğunu bildirib.
"Azərbaycanla Minskdəki görüşümüz çoxdan baş tutub, amma Bakıda keçirilən oyunu yaxşı xatırlayıram. Rəqib heyətində səviyyəli futbolçular var. Xüsusilə "Qarabağ"da çıxış edən oyunçular diqqətəlayiqdir. Onlar Avropada oynadıqları üçün böyük təcrübəyə malikdirlər. Sabah bizi çətin oyun gözləyir."
"Süni, yoxsa təbii ot örtüyü?" sualına cavabı: "Şübhəsiz ki, təbii ot örtüyü daha əlverişlidir. Lakin Belarusdakı şəraitə görə, bütün oyunçular həm süni, həm də təbii meydançada oynamağa alışıb."
Qeyd: Azərbaycan - Belarus qarşılaşması sabah saat 21:45-də start götürəcək.
© Copyright 2025, All Rights Reserved