Belçika millisinə fransız baş məşqçi

Belçika milli komandasına yeni baş məşqçi təyin olunub.
90plus.az xəbər verir ki, bu barədə Belçika Futbol Federasiyasının mətbuat xidməti açıqlama verib.
Komandanı Rudi Qarsiya idarə edəcək. 60 yaşlı fransalı mütəxəssis, bir neçə gün əvvəl vəzifəsindən ayrılan Domeniko Tedeskonun yerinə gətirilib.
Xatırlatma: Rudi Qarsiya karyerası boyunca "Sent Etyen", "Lill", "Olimpik", "Roma", "Əl-Nəsr" və son olaraq "Napoli" komandalarını çalışdırıb.
© Copyright 2025, All Rights Reserved