Belçikalı futbolçu "Jirona"ya transfer oldu

"Atletiko"dan ayrılan Aksel Vitselin yeni komandası müəyyənləşib.
90plus.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi karyerasını İspaniyada davam etdirəcək.
Təcrübəli futbolçu "Jirona" klubuna transfer olunub. Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti rəsmi məlumat yayıb. 36 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Xatırlatma: Vitsel ötən mövsüm La Liqada 14 matçda meydana çıxıb.
© Copyright 2025, All Rights Reserved