Bellingem bu futbolçunu rəhbərlikdən istədi
“Real”ın yarımmüdafiəçisi Cud Bellingem klub rəhbərliyindən həmvətənləri və “Kristal Pelas”ın futbolçusu Adam Uortonla müqavilə imzalamağı xahiş edib.
90plus.az xəbər verir ki, Bellingem hesab edir ki, 21 yaşlı Uorton komandaya qoşulacağı təqdirdə, onun müdafiə vəzifələrində yükü yüngülləşəcək.
“Kristal Pelas” Uorton üçün 80 milyon avro tələb edir. Bu mövsüm ingilis futbolçu bütün turnirlərdə 24 oyunda çıxış edib və 3 məhsuldar ötürmə edib.
Onun hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. İngiltərə millisinin üzvü 2022–2024-cü illərdə “Blekbern”in də formasını geyinib.
© Copyright 2026, All Rights Reserved