Bellingem: “Heç bir bəhanə yoxdur”

”Real Madrid”in oyunçuları - Cud Bellinqem və Lukas Vaskes Çempionlar Liqasının 1/4 finalının ilk oyunları çərçivəsində "Arsenal"a 0-3 məğlubiyyət haqda danışıblar.
90plus.az xəbər verir ki, onlar üzüntülərini bu cür ifadə ediblər:
Bellingem: ”Arsenal daha çox şey edə bilərdi, cəmi 3 qol buraxdığımız üçün şanslıyıq.
Düzünü desəm, heç bir bəhanə yoxdur... biz sadəcə özümüzə baxmalıyıq. Bu, bütün mövsümdə başımıza gələnlərə bənzəyir”.
Lukas Vaskes: ”3-0-dan geridönüş edə biləcək bir komanda varsa, o da “Real Madrid”dir". Madridistalar bizimlə olacaqlar.
Növbəti matç tamamilə fərqli oyun olacaq. Birlikdə bunun öhdəsindən gələcəyik”.
📰: Fabrizio Romano
© Copyright 2025, All Rights Reserved