Bellingemin dönüş tarixi bəlli oldu

“Real Madrid”də Cud Bellingem geri dönüşə hazırlaşır.
90plus.az xəbər verir ki, “Real Madrid”in ulduz futbolçusu Cud Bellingemin yaşıl meydanlara qayıdışı üçün tarix dəqiqləşməyə başlayıb. İngiltərəli yarımmüdafiəçi 27 sentyabrda baş tutacaq “Atletiko Madrid” derbisində tam formada olmaq üçün intensiv hazırlıq keçir.
Bellingemin “Espanyol” və “Levante” ilə keçiriləcək qarşılaşmalarda müəyyən qədər oynayacağı gözlənilir.
22 yaşlı futbolçu iyul ayında aldığı çiyin zədəsi səbəbilə bu mövsüm hələ ki, meydanda yer ala bilməyib.
© Copyright 2025, All Rights Reserved