Bellinqemdən 18+ hərəkəti barədə açıqlama!

Slovakiyaya vurduğu qoldan sonra Cud Bellinqemin 18+ jesti ciddi tənqid olunub.
90plus.az xəbər verir ki, bu barədə paylaşım edən İngiltərənin gənc ulduzu yazır:
"Bu, oyunda olan bəzi yaxın dostlara qarşı edilən zarafatyana hərəkətdir. Slovakiya komandası bu gecəki çıxışına görə ancaq hörmətə layiqdir".
Qeyd: Sosial şəbəkələrdə Bellinqemin bu hərəkəti Slovakiya azarkeşlərinə etdiyi deyilirdi.
Həmin hərəkətin VİDEOsu: https://t.me/doxsanplus/85281
ƏLAVƏ: Cud Bellinqem İngiltərə millisi ilə böyük turnirlərdə Pol Skoulz, Devid Bekhem və Frenk Lempardla eyni sayda qol vurmağı bacarıb: 3 qol! Onun hələ 21 yaşı var!
© Copyright 2025, All Rights Reserved