"Benfika" "Ayaks"ın hücumçusunu istəyir
Yay transfer pəncərəsinə hazırlaşan "Benfika" heyətini gücləndirmək üçün işlərini davam etdirir.
90plus.az xəbər verir ki, Joze Mourinyonun rəhbərlik etdiyi Portuqaliya nəhənginin diqqət mərkəzinə daha əvvəl "Beşiktaş"da çıxış etmiş hücumçu düşüb. Məlumata görə, klub "Ayaks"la müqaviləsi mövsümün sonunda başa çatacaq Vout Veqhorstu transfer etməyi planlaşdırır.
Bildirilir ki, bir sıra klubların, xüsusilə "Tvente"nin maraq göstərdiyi niderlandlı futbolçu Joze Mourinyo ilə işləməyə müsbət yanaşır.
Qeyd: 2025/26 mövsümündə "Ayaks" forması ilə bütün turnirlərdə 28 oyuna çıxan 33 yaşlı hücumçu 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved