"Benfika" Nevesə görə əlavə ödəniş aldı

90plus.az xəbər verir ki, PSJ portuqaliyalı yarımmüdafiəçi Joao Nevesin transferi ilə bağlı “Benfika”ya əlavə 6 milyon avro ödəniş həyata keçirib. Bu barədə Portuqaliyanın “OJogo” nəşri məlumat yayıb.
Qeyd olunan məbləğ 2024-cü ilin yayında iki klub arasında bağlanmış razılaşmadakı bonus şərtlərinə əsasən ödənilib. Sövdələşməyə uyğun olaraq, PSJ ilkin mərhələdə Neves üçün “Benfika”ya 59.92 milyon avro transfer haqqı ödəmişdi. Müqavilədə bir neçə əlavə bonus maddəsi də yer alıb ki, bu da futbolçunun göstəricilərinə bağlı şəkildə həyata keçirilməlidir.
20 yaşlı Neves Paris klubunda qısa müddət ərzində əsas heyət oyunçusuna çevrilib. Onun soyuqqanlılığı və oyunu oxuma qabiliyyəti PSJ-nin yarımmüdafiə xəttinə yeni nəfəs gətirib.
Joao Nevesin sürətli inkişafı PSJ-nin bu transferə etdiyi böyük sərmayəni doğruldub və Luis Enrikenin rəhbərliyi altında qurulan uzunmüddətli layihəyə güclü töhfə verib.
Digər tərəfdən, “Benfika” akademiyasının yetirməsi olan Nevesin inkişafı sayəsində portuqaliyalılar maliyyə baxımından əlavə gəlir əldə etməyə davam edir.
© Copyright 2025, All Rights Reserved