“Benfika - Qarabağ”: Bizim azarkeşlərə 500 yer var

“Qarabağ” azarkeşlərinə Lissabonda 500 yer ayrıldı.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçiriləcək “Benfika” – “Qarabağ” qarşılaşması üçün Ağdam klubunun azarkeşlərinə 500 nəfərlik sektor ayrılıb. Oyun Portuqaliyanın “Estádio do SL Benfica” stadionunda baş tutacaq.
“Qarabağ”ın media xidmətinin məlumatına görə, komandanı dəstəkləmək istəyən azarkeşlər üçün vauçerlər bu gün saat 15:00-dan etibarən iTicket.az üzərindən onlayn satışa çıxarılacaq. Vauçerlərin qiyməti 88 AZN olaraq müəyyənləşdirilib.
Klubun açıqlamasında bildirilib ki, vauçer əldə edənlər onları daha sonra biletlə dəyişməlidirlər. Biletə dəyişmə prosesi ilə bağlı əlavə detallı məlumat yaxın günlərdə paylaşılacaq. Eyni zamanda vurğulanıb ki, dəyişmə zamanı azarkeşlər mütləq şəxsiyyəti təsdiq edən sənədlərini təqdim etməlidirlər.
Qeyd: “Benfika” – “Qarabağ” matçı sentyabrın 16-sı, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
© Copyright 2025, All Rights Reserved