“Benfika” uddu, “Fənərbağça” Avroliqaya gedir

"Benfika” Çempionlar Liqasının, “Fənərbağça” isə Avropa Liqasının əsas mərhələsinə yollandı.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda Portuqaliya təmsilçisi “Benfika” öz meydanında “Fənərbağça”nı 1:0 hesabı ilə məğlub edib. Bu nəticə ilə portuqaliyalılar turnirin Liqa mərhələsinə yüksəlib.
Oyunun yeganə qolunu 35-ci dəqiqədə Kerem Aktürkoğlu vurub. Türkiyə millisinin üzvü bununla da tarixə düşüb – o, Çempionlar Liqası tarixində (ön mərhələ və qrup oyunları daxil olmaqla) türk klubu qapısına qol vuran ilk türk futbolçu olub.
“Fənərbağça” isə 82-ci dəqiqədə Talişkanın ikinci sarı vərəqədən qırmızı alması ilə meydanda 10 nəfərlə qalıb.
Mourinyo oyundan sonra:
“Benfika” ilk hissədə qalibiyyətə layiq oyun göstərdi. Biz isə ikinci yarıda xarakter nümayiş etdirib rəqibi çətin vəziyyətə saldıq. Təəssüf ki, nəticəni dəyişə bilmədik. Daha güclü olan komanda qalib gəldi.”
Benfika 1-0 Fənərbağça
Ümumi hesab: 1-0
K. Aktürkoğlu 35’
Qol və epizodlar:
https://t.me/doxsanplus/106792
https://t.me/doxsanplus/106797
https://t.me/doxsanplus/106805
Beləliklə, “Benfika” Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandı. “Fənərbağça” isə yoluna UEFA Avropa Liqasının Liqa mərhələsində davam edəcək.
Avropa Liqasının qrup mərhələsinin püşkü avqustun 29-da atılacaq.
© Copyright 2025, All Rights Reserved