“Benfika”da tutarlı razılaşma baş tutdu

“Benfika” Rişard Riosla razılaşmanı tamamladı.
90plus.az xəbər verir ki, “Benfika” yay transfer pəncərəsində ilk böyük razılaşmasını reallaşdırıb. Fabrizio Romanonun məlumatına görə, Lissabon təmsilçisi “Palmeyras”ın braziliyalı yarımmüdafiəçisi Rişard Riosun transferini yekunlaşdırıb.
Məşhur jurnalist transferlə bağlı artıq “Here we go” ifadəsini işlədib ki, bu da razılaşmanın rəsmiləşmək üzrə olduğunu göstərir. Futbolçunun özü artıq “Benfika”ya “yaşıl işıq” yandırıb və klublar arasında da tam razılıq əldə olunub.
Transferi “Benfika”nın idman direktoru Rui Pedro Braz Braziliyaya səfəri zamanı yekunlaşdırıb. Müqaviləyə əsasən, ödəniş 3 hissədə həyata keçiriləcək.
Rios gələn həftə tibbi müayinədən keçmək üçün Lissabona yollanacaq. Rəsmi açıqlamanın da həmin vaxt verilməsi gözlənilir.
23 yaşlı futbolçu 2024-cü ildə “Palmeyras”da əsas heyətin vacib üzvlərindən biri olub. Onun texniki bacarığı və dözümlü oyunu “Benfika”nın diqqətini çəkmişdi.
© Copyright 2025, All Rights Reserved