“Benfika”nın çalışdırıcısı “Fənərbağça” matçı haqda danışdı

“Benfika”nın baş məşqçisi Bruno Laji Çempionlar Liqasının seçmə mərhələsində “Fənərbağça” ilə oyundan sonra fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, İstanbulda keçirilən ilk oyun 0:0 hesabı ilə başa çatıb. 71-ci dəqiqədə Portuqaliya təmsilçisi qırmızı vərəqə səbəbindən meydanda 10 nəfərə enib.
Laji deyib: “Fənərbağça 70-ci dəqiqəyə qədər neçə dəfə zərbə endirdi? Biz iki çox sürətli hücumçu ilə oynayırdıq ki, rəqibə çətinlik yarada bilək.
Hər oyunun öz hekayəsi var. Topla və topsuz oyunu idarə etmək üçün hazırlıq görmüşdük. Daha çox imkan yaratmaq istədik – bu, əsas məqsədimiz idi.
70-ci dəqiqədən sonra rəqib daha çox risk etməyə başladı.
Orta sahədə boşluq yarandı, amma hücuma təhlükə yaratmaq üçün bir hücumçu dəyişdik. “Fənərbağça” keçid oyununda çox güclüdür və biz oyunu belə idarə etmək istədik.
İndi biz play-off mərhələsindəyik. Azarkeşlərimiz həm “Tondela” [Portuqaliya çempionatında], həm də “Fənərbağça” [cavab oyununda] üzərində qələbə qazanmağımıza kömək etməlidir”.
© Copyright 2025, All Rights Reserved