Benzema sevgilisi üçün Luvr muzeyini kirayələdi
Karim Benzema Parisdə sevgilisi üçün Luvr muzeyini icarəyə götürdü.
90plus.az xəbər verir ki, “Real Madrid”in keçmiş hücumçusu və “Qızıl top” sahibi, fransız futbolçu Kərim Benzema aktrisa sevgilisi Lina Kudri üçün Parisdə unudulmaz gecə təşkil edib. Futbolçu böyük izdiham olmadan sevgilisi ilə vaxt keçirmək üçün Luvr muzeyini gecə saatları üçün icarəyə götürüb. Bəzi mənbələrə görə, bu xərclər ona ən azı 12 min dollar başa gəlib.
Benzema öz həyatının meydandan kənar anlarından birini də izləyiciləri ilə paylaşıb. Parisdə Luvr Piramidasının işıqları altında sevgilisi Lyna Khoudri ilə gəzərkən çəkilən gecə fotoları böyük maraq doğurub. “Real Madrid” əfsanəsi tam qara geyimdə, paylaşımına “Art that kills” ("İncəsənət belə məhv edilir") şərhini əlavə edib və ikonik üslubunu məşhur muzeyin parıltısı ilə birləşdirib.
Bu paylaşım Benzemanın "Al-İttihad" ilə 2 illik müqavilə yeniləməsi və Səudiyyə Pro Liqasının çempionları ilə 2028-ci ilə qədər bağlı olduğunu elan etməsindən bir neçə həftə sonra gəlib. Yenilənmiş müqavilə onun “Real Madrid”ə qayıdacağı barədə spekulyasiyaları bağlayıb, baxmayaraq ki, fransız futbolçu əvvəlcə Florentino Peres prezident olduğu müddətcə geri dönüşün “mümkün” olduğunu etiraf etmişdi.
© Copyright 2025, All Rights Reserved