Benzemadan Ronaldoya "Qızıl top"lu göndərmə

Benzema Mbappeni seçdiyi Ronaldoya "Qızıl top"la cavab verdi.
90plus.az xəbər verir ki, Karim Benzema, Mbappeni seçən Ronaldoya sosial şəbəkədə cavab verdi. Ronaldo, YouTube kanalında "daha yaxşı oyunçu" müzakirəsinə qatılaraq, keçmiş komanda yoldaşı Benzema yerinə "Real Madrid"in yeni transferi Kylian Mbappeni seçdi.
Fransız forvard isə buna cavab olaraq, 2022-ci ildə qazandığı Ballon d'Or mükafatını göstərən son Instagram paylaşımı ilə Ronaldo'ya unudulmaz bir cavab verdi. Mbappe hələ prestijli mükafatı qazanmayıb, amma bu ilki mükafat üçün qısa siyahıdadır.
Benzema da bu məqamı vurğuladı.
© Copyright 2025, All Rights Reserved