Benzemanın "Tiktok" trendi” deyib-gələn jurnalisti pis acıladı

Səudiyyə Ərəbistanı Pro Liqasının IV turunda keçirilən oyunda "Əl-İttihad" evdə "Əl-Nəsr" klubunu qəbul edib.
90plus.az xəbər verir ki, "Kral Abdullah İdman Şəhəri" stadionunda baş tutan görüşdə qonaq komanda Sadio Mane və Kriştianu Ronaldunun vurduğu qollarla 2:0 hesablı qələbə qazanıb.
Oyundan sonra "Əl-İttihad" klubunun fransalı hücumçusu Karim Benzema ilə jurnalistlər arasında gərginlik yaşanıb. Stadion çıxışında bir jurnalist Benzemaya imzalaması üçün üzərində onunla bağlı zarafatlı görüntü olan bir foto təqdim edib. Bu görüntünü bəyənməyən ulduz futbolçu dərhal etiraz edərək, "Özünü gülməli mi sanırsan?" deyə sərt reaksiya verib.
Jurnalist isə bunun TikTok platformasında məşhurlaşan bir trend olduğunu bildirərək özünü müdafiə etməyə çalışıb. Lakin Benzema cavabında, "Trendini al, işini gör!" deyərək hadisəyə son nöqtəni qoyub.
Sosial şəbəkələrdə yayılan bu görüntülər qısa zamanda istifadəçilərin böyük marağına səbəb olub və hadisə geniş müzakirələrə yol açıb.
© Copyright 2025, All Rights Reserved