Benzianın yeni klubu bilinir

Yassin Benzia Səudiyyə Ərəbistanına yollandı.
90plus.az xəbər verir ki, "Qarabağ”dan ayrılan Yassin Benzia karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Əlcəzairli yarımmüdafiəçi “Əl-Fayha” klubu ilə 1 illik müqavilə imzalayıb.
Futbolçunun illik maaşı 900 min avro olacaq. Mövsümdə oyunların 60 faizindən çoxunda forma geyinərsə, əlavə 100 min avro bonus qazanacaq.
Komanda uğurlu nəticələr əldə edərsə, Benzianın gəliri daha 200 min avro artacaq.
© Copyright 2025, All Rights Reserved