Berdıyev: “3-cü yerin sahibi kimi danışmaq tezdir”
Misli Premyer Liqasının 25-ci turunda “Turan Tovuz” doğma meydanda “Qəbələ”ni 3:2 hesabı ilə məğlub etdikdən sonra komandanın baş məşqçisi Kurban Berdiyev matç barədə fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, təcrübəli mütəxəssis oyunun çox gərgin və çətin keçdiyini bildirib. Onun sözlərinə görə, komanda matça yaxşı başlasa da, birinci hissənin sonlarına doğru təşəbbüsü rəqibə veriblər.
“Həqiqətən çox çətin bir oyun izlədik. Matça kifayət qədər yaxşı başlamışdıq, lakin birinci hissənin ikinci yarısından etibarən üstünlüyü rəqibə verdik. Şükürlər olsun ki, ikinci hissədə üstünlüyü yenidən ələ keçirməyi bacardıq və vacib qələbə qazandıq”.
Berdiyev turnir cədvəlində üçüncü pillədə qərarlaşmalarına baxmayaraq, hələlik iddialı danışmaq üçün tez olduğunu deyib. Baş məşqçi mövsümün hələ davam etdiyini və qarşıda çox oyun olduğunu xatırladıb.
“Hazırda üçüncü pillənin sahibi kimi iddialı danışmaq hələ çox tezdir. Qarşıda bizi hələ çox oyunlar gözləyir”.
Baş məşqçi komandanın əsas məqsədinin hər oyuna ciddi yanaşmaq və mövsümün sonuna qədər stabil çıxış etmək olduğunu da vurğulayıb.
© Copyright 2026, All Rights Reserved