Bernabeu konsertləri qonşuları boğaza yığıb

"Real Madrid" klubu aprel ayına qədər Santiago Bernabeu stadionunda bütün konsert proqramlarını təxirə salıb.
90plus.az xəbər verir ki, buna səbəb qonşuların səs-küydən şikayət etməsidir.
Açıqlamaya görə, bu bələdiyyə qaydalarına riayət etmək üçün klub rəhbərliyinin qərarıdır.
Musiqisevərlərin son aylarda Teylor Svift, Luis Migel və Karol G kimi ulduzların Bernabeuda verdiyi konsertlər yerli əhalinin narazılığına səbəb olub. Sakinlər səs-küyün hədsizliyindən və gecə yarısına qədər davam etdiyindən şikayətlənirlər. Onlar iddia edirlər ki, sərxoş izləyicilər sakinlərin qapısı ağzında sidiyə gedir və parklarda düşərgə salırlar.
Bernabeunun sözçüsü Joze Paredes idə ispan mediasına verdiyi müsahibədə belə deyib:
"Bunun həlli yoxdur, çünki stadion bu cür tədbirlər üçün uyğun deyil".
© Copyright 2025, All Rights Reserved