Bernabeuda Ronaldonun vida oyunu planda var
“Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo karyerasını başa vurduqdan sonra “Santyaqo Bernabeu”da vida oyunu keçirə bilər. Bu barədə Defensa Central məlumat yayıb.
90plus.az xəbər verir ki, hələlik konkret qərar yoxdur, lakin futbolçu üçün layiqli vida mərasiminin təşkili ilə bağlı müəyyən detallar müzakirə olunur.
Variantlardan biri Kriştiano Ronaldo şərəfinə yoldaşlıq oyununun keçirilməsidir. Bu oyunda “Real Madrid” və “Al-Nassr” qarşılaşacaq, futbolçu isə Raul Qonsalesin vaxtilə etdiyi kimi, hər komandanın heyətində bir hissə oynayacaq.
Başqa bir variant da nəzərdən keçirilir — Lissabonun “Sportinq” klubunun iştirakı. Bu halda Kriştiano həm peşəkar karyerasına başladığı klubun, həm də karyerasının böyük hissəsini keçirdiyi klubun heyətində meydana çıxa biləcək.
Bu mövsüm 40 yaşlı portuqaliyalı futbolçu 14 oyunda meydana çıxıb, 13 qol vurub və 2 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved