Bernardo Silva 2 klubun marağında

“Barselona” və “Yuventus” Bernardo Silvanın transferi uğrunda yarışa qoşulub.
90plus.az xəbər verir ki, İspaniyanın “Barselona” və İtaliyanın “Yuventus” klubları Portuqaliyanın ulduz futbolçusu Bernardo Silvanı yay transfer pəncərəsində heyətlərinə qatmaq istəyirlər.
Məlumata görə, “Mançester Siti”nin yarımmüdafiəçisi 2026-cı ilə qədər müqavilə ilə İngiltərə klubuna məxsusdur. Lakin futbolçunun müqaviləni yeniləmək niyyətində olmadığı bildirilir.
Hər iki klub Portuqaliya millisinin üzvünü komandalarına cəlb etmək üçün danışıqlara başlamağa hazırlaşır.
Mənbə: CaughtOffside
© Copyright 2025, All Rights Reserved