Bernardu Silva: “Barselona variantı var”
Bernardu Silva gələcəyi ilə bağlı danışdı: “Barselona variantlardan biridir”.
90plus.az xəbər verir ki, “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardu Silva gələcəyi ilə bağlı açıqlama verib.
Portuqaliyalı futbolçu karyerasını harada davam etdirəcəyinə dair hələ yekun qərar vermədiyini bildirib. Onun sözlərinə görə, xidmətində maraqlı olan bir neçə klub var.
“Çoxlu variantlar var və mənimlə maraqlanan bütün klublara hörmətlə yanaşıram. Sonda isə məni həqiqətən istəyən, özümü dəyərli və sevilən hiss edəcəyim komandaya keçməyə çalışacağam. Bu mənim üçün çox vacibdir. Qərarımı verəndə hər kəs bundan xəbər tutacaq”, – Silva deyib.
31 yaşlı futbolçu həmçinin “Barselona”nın onun üçün mümkün variantlardan biri olduğunu təsdiqləyib.
“Barselona variantlardan biridir, amma hələlik yekun qərar verməmişəm”, – deyə o əlavə edib.
© Copyright 2026, All Rights Reserved