"Bernli" "Latsio"dan oyunçu aldı

Fransalı hücumçu Lum Çaun İngiltərədə futbol karyerasını davam etdirəcək. 21 yaşlı oyunçu "Bernli" klubu ilə müqavilə imzalayıb.
90plus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb. "Latsio" komandasında çıxış edən futbolçu ingilislərlə 5 illik anlaşmaya gəlib.
Qeyd: "Bernli" 2024/2025 mövsümündə Çempionşipdə ikinci yeri tutaraq Premyer Liqaya vəsiqə qazanıb.
© Copyright 2025, All Rights Reserved