“Beşiktaş” 13 oyundur, uduzmur
“Beşiktaş” səfərdə minimal hesabla qalib gəldi – məğlubiyyətsiz seriya davam edir.
90plus.az xəbər verir ki, Türkiyə Super Liqasının 24-cü turunda “Beşiktaş” səfərdə “Kocaelispor”u 1:0 hesabı ilə məğlub edib.
Görüşdə yeganə qolu 52-ci dəqiqədə E. Aqbadou vurub. Bu qələbə ilə “Qara Qartallar” çempionatda məğlubiyyətsiz oyunlar seriyasını 13-ə çatdırıb:
Kocaelispor 0 - 1 Beşiktaş
E. Agbadou 52’
Hazırda 46 xalı olan İstanbul təmsilçisi turnir cədvəlində 4-cü pillədə qərarlaşıb və derbiyə itkisiz yollanır.
Komanda ardıcıl 20-ci rəsmi matçında da qol vurmağı bacarıb. Bundan başqa, son 3 oyunda 3 qələbə qazanan “Beşiktaş” ardıcıl ikinci görüşdə qapısını toxunulmaz saxlayıb.
© Copyright 2026, All Rights Reserved