"Beşiktaş" Almaniya millisinin hücumçusuna "elçi düşüb"
"Union Berlin"in hücumçusu İlyas Ansa karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
90plus.az xəbər verir ki, "Beşiktaş" gənc forvardı transfer etmək niyyətindədir.
Məlumata görə, İstanbul təmsilçisi 21 yaşlı futbolçunu yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır və bunun üçün "Union Berlin"ə 12 milyon avro təklif etməyə hazırlaşır.
Qeyd: Almaniya U-21 millisinin üzvü olan İlyas Ansa mövsümün əvvəlində "Paderborn"dan 4 milyon avroya transfer olunub. O, cari mövsümdə 29 rəsmi oyunda iştirak edib, 5 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved