"Beşiktaş" Koreya klubundan ayrılan ingilis futbolçunu heyətinə qatır
“Beşiktaş” heyətini gücləndirməyə davam edir.
90plus.az xəbər verir ki, İstanbul klubunun əsas transfer hədəfi sabiq İngiltərə millisinin və “Mançester Yunayted”in hücumçusu Cessi Linqarddır.
Dekabrın 31-də “Seul”la müqaviləsi başa çatacaq 32 yaşlı futbolçu azad agent statusu qazanacaq. “Beşiktaş” isə qış transfer pəncərəsində ingilislə 1,6 illik müqavilə bağlamağı planlaşdırır.
Qeyd: Linqard 2024-cü ilin fevralından “Seul”da çıxış edir. İngiltərə millisinin üzvü paytaxt klubunun formasını geyindiyi 66 rəsmi matçda 18 qol vurub və 10 məhsuldar ötürmə edib.
© Copyright 2025, All Rights Reserved