“Beşiktaş” “Kürd Qreyliş”i icarələdi

“Beşiktaş” Jota Silvanı icarəyə götürdü – “Kürd Qreyliş” müzakirəyə çıxdı.
90plus.az xəbər verir ki, “Beşiktaş” İngiltərənin “Nottingem Forest” klubundan 26 yaşlı portuqaliyalı vinger Jota Silvanı icarəyə götürdüyünü açıqlayıb. Transfer üçün 3 milyon avro ödənilib.
Müqaviləyə 17 milyon avroluq birbaşa satınalma opsionu da daxildir.
Sosial şəbəkələrdə isə Türk azarkeşlər Jota Silvanın “Mançester Siti”nin ulduzu Cek Qreylişə bənzədiyini yazaraq ona “Kürd Qreyliş” ləqəbini verməyə başlayıblar.
Jota Silva cari mövsüm “Beşiktaş”ın hücum xəttinə rəng qatacaq və azarkeşlərin böyük marağına səbəb olub.
© Copyright 2025, All Rights Reserved